EN

“Morgan Stanley” neftin qiyməti ilə bağlı proqnozunu yenidən aşağı salıb

“Morgan Stanley” Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını həftələr ərzində ikinci dəfə azaldıb, Banker.az bu barədə ProFinance saytına istinadən xəbər verir.

Analitiklərin qeydinə görə, əsas bençmark dördüncü rübdə orta hesabla 75 dollar/barel olacaq. Bu, keçən ay açıqlanan oktyabr və dekabr ayları üçün əvvəlki 80 dollarlıq proqnozdan daha aşağıdır.

“Morgan Stanley”in öz proqnozlarına yenidən baxması digər aparıcı banklar tərəfindən dəstəklənib. Ötən ay “Goldman Sachs Group Inc.” proqnozunu yenidən nəzərdən keçirib, “Citigroup Inc.” isə qiymətlərin 2025-ci ildə orta hesabla 60 dollar/barel ola biləcəyini proqnozlaşdırıb.

Keçən həftə təxminən 10% ucuzlaşan Brent markalı neftin qiyməti bazar ertəsi bir barel üçün təxminən 72 dollara satılıb, qiymətin yaxın gələcəkdə 60 dollara düşəcəyini proqnozlaşdırılır.

Chosen
134
16
banker.az

10Sources