“Bu günlərdə dəhliz məsələsi hər zaman olduğundan daha çox diqqət mərkəzindədir. Dəhlizlə bağlı dərc olunmuş xəbər və təhlillərin əsasını Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana bu yaxınlarda etdiyi səfəri, eyni zamanda, Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatları təşkil edir. İran regionda müstəqillik və ərazi bütövlüyünə hörmət çərçivəsində iqtisadi münasibətlərdəki blokların aradan qaldırılmasına və Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün təşviqinə dəstəyini davam etdirəcəyinə sadiqdir. Bəziləri Qafqaz regionunu qeyri-sabitlik məkanına çevirmək istəyir. Onlar nəyin bahasına olursa-olsun, regionda qeyri-sabitliyin ardınca gedirlər. Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk”.