Norveçli Maqnus Karlsen Sürətli Şahmat üzrə Dünya Çempionatını qalib tamamlayıb.
33 yaşlı qrossmeyster həlledici görüşdə fransalı Əlireza Firuzca ilə qarşılaşıb.
Karlsen rəqibini böyük üstünlüklə məğlub edib - 23,5:7,5.
Qeyd edək ki, turnirdə son illərin ən gözlənilən görüşlərindən biri də baş tutub. Karlsen yarımfinalda saxtakarlıqda ittiham etdiyi Hans Nimannı (ABŞ) beş xallıq üstünlüklə məğlub edib.