EN

Vəfat edən məşhur rusiyalı teleaparıcının varislərinə qoyduğu böyük miras məlum oldu

Ötən gün vəfat edən məşhur Şən və Hazırcavablar Klubu (ŞHK) telelayihəsinin aparıcısı Aleksandr Maslyakovun varislərinə qoyduğu miras məlum olub.

Oxu.Az-ın "StarHit"ə istinadən xəbərinə görə, rusiyalı teleaparıcı varislərinə 338 milyon rubl (6 milyon manatdan çox) dəyərində ikimərtəbəli malikanə qoyub.

Həmçinin nəşrin məlumatına görə, onun bahalı avtomobillərdən ibarət kiçik parkı olub.

Eyni zamanda, qeyd edilir ki, Aleksandr Maslyakov böyük məbləğdə gəlirlərinə görə tez-tez sosial şəbəkələrdə qınaqlara tuş gəlirmiş, lakin həmkarı Yuli Qusman ŞHK-nın stabil olaraq bütün reytinqləri üstələdiyini xatırladaraq onun müdafiəsinə qalxırmış.

Həmçinin Maslyakovun ŞHK-nın istehsalı ilə məşğul olan "AmiK" şirkətinə də sahib olduğu bildirilir ki, bu şirkət teleaparıcının oğluna keçə bilər. Maslyakovun arvadı Svetlana da birinci dərəcəli varislər siyahısındadır.

Qeyd edək ki, "Forbes"a görə, 11 il əvvəl "AmiK"in illik gəliri ən azı 3.5 milyon dollar təşkil edib. Maslyakovun özü isə 500 milyon rubl (9 milyon manatdan çox) gəliri olduğunu bəyan edib.

Xatırladaq ki, teleaparıcı Aleksandr Maslyakov sentyabrın 8-də 83 yaşında ağciyər xərçəngindən vəfat edib.

Chosen
165
50
musavat.com

10Sources