Səudiyyə Ərəbistanı oktyabrda bütün regionlara ixrac edəcəyi neftin qiymətini aşağı salacaq.
Musavat.com ölkənin milli neft şirkəti Saudi Aramco-nun açıqlamasına istinadən xəbər verir ki, “Arab Light” markalı yanacağın qiyməti asiyalı alıcılar üçün 0,7 dollar ucuzlaşacaq. Nəticədə, o, Oman/Dubay neft səbətindən 1,3 dollar baha olacaq.
Ekspertlər qeyd edirlər ki, bu, demək olar ki, üç il ərzində (2021-ci ilin noyabrından bəri) ən aşağı səviyyədir.
Səudiyyə Ərəbistanı neftinin Avropa ölkələri üçün qiyməti gələn aydan bir barel üçün 0,8 dollar, ABŞ-dan olan alıcılar üçün isə 0,1 dollar ucuzlaşacaq.