Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.
2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları binanın 7-ci mərtəbəsindən yıxılaraq vəfat edib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
F.İsmayılov universitet tələbəsi olub.
Fakt araşdırılır.