Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.Elchi.az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.F.İsmayılov universitet tələbəsi olub.Fakt araşdırılır.