EN

“Qarabağ” Azərbaycan klubları arasında ilk dəfə “EAFC 25”də yer alacaq

“Qarabağ” ilk dəfə Azərbaycan klubları arasında məşhur futbol simulyatoru olan “EAFC 25”də yer alacaq.

Ağdam təmsilçisi “EA Sports” şirkəti tərəfindən hazırlanan oyunda “Rest of World league” (Digər dünya liqaları) bölməsində fərdi formada təmsil olunacaq.

“EA Sports FC 25” “Electronic Arts” tərəfindən istifadəyə verilən yeni futbol simulyasiya oyunudur. Bu, “EA Sports FC” seriyasının ikinci, ümumilikdə isə 32-ci buraxılışı olacaq.

Oyunun sentyabrın 27-də dünya üzrə oyun həvəskarlarının ixtiyarına verilməsi planlaşdırılır. Əlavə olaraq öncədən sifariş edənlər üçün oyun sentyabrın 20-də “Nintendo Switch”, “PlayStation 4”, “PlayStation 5”, “Windows”, “Xbox One” və “Xbox Series X/S” platformalarında əlçatan olacaq.

Chosen
12
23
cbcsport.az

10Sources