EN

“Starliner” Yerə ekipajsız qayıtdı

“Starliner” kosmik gəmisi Uayt Sands poliqonuna uğurla eniş edib. Gəmidə heç kim olmayıb. Gəminin Butç Uilmor və Sunya Uilliamsdan ibarət ekipajı Beynəlxalq Kosmik Stansiyada (BKS) qalıb və gələn ilə qədər Yerə qayıtmayacaq.

Statliner iyunun 5-də kosmosa göndərilmişdi. Uçuşun əsas məqsədi gəmi sistemlərinin göyərtə­dəki insanlarla necə davranacağını yoxlamaq idi. Plana görə, Starliner BKS ilə birləşməli, ekipaj üzvləri stansiyada səkkiz gün qalmalı və bundan sonra astronavtlar Yerə qayıtmalı idilər.

Ancaq BKS ilə birləşmə zamanı istiqamətə nə­zarət sisteminin bir neçə mühərriki sıradan çıxıb. Sonradan onların əksəriyyətinin işi bərpa olunub, lakin bu, Starlinerin təhlükəsizliyi ilə bağlı suallar doğurub.

Bundan sonra, NASA və Boeing nümayəndələ­ri mühərriklərdə nə baş verdiyini və Starlinerin Yerə qayıtması zamanı oxşar vəziyyətin təkrarlana biləcəyini öyrənmək üçün fəal işləməyə başlayıb­lar. Buna görə də Uilmor və Uilyamsın “işgüzar səfəri”nin müddəti bir neçə dəfə uzadılıb.

Nəticədə NASA risk etməmək qərarına gəlib və gəminin Yerə ekipajsız dönəcəyini bildirib. Uilmor və Uilyams BKS-də qalacaqlar və ekipa­jı bu səbəbdən dörd nəfərdən iki nəfərə endirilən “Crew-9” ekspedisiyasının bir hissəsi olaraq Yerə qayıdacaqlar.

S.ELAY
XQ

Chosen
53
1
xalqqazeti.az

2Sources