Bakıda keçiriləcək COP29 zamanı bağçalarda tədrisin dayandırılması nəzərdə tutulmayıb.
Modern.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
"Bağçaların fəaliyyətini davam etdirməyi düşünürük", - nazir qeyd edib. O əlavə edib ki, bağçalarda məcburi davamiyyət yoxdur.
Nazir yalnız xüsusi hallarda ehtiyac yaranacağı təqdirdə, bəzi bağçalarda tədrisin dayandırıla biləcəyini istisna etməyib.