EN

Yaşa görə pensiya 525 manata çatıb

Cari ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% çox olmaqla 4 milyard 318 mln. manat vəsait yönəldilib.

Demokrat.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13% artaraq  491 manata çatıb. Yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata  olub.

Qeyd edək ki, 2024-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,0 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1096,6 min) pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
7
demokrat.az

10Sources