EN

Azərbaycanın rəqəmsal əkiz layihəsi iqtisadiyyatı daha yaxşı anlamağa kömək edəcək - Fariz Cəfərov

Azərbaycan böyük dil modellərinin tətbiqinə hazırlaşır.

Fins.az xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Rəqəmsal və metakainat iqtisadiyyatına giriş" adlı panel müzakirəsi zamanı bildirib.

Cəfərov qeyd edib ki, 2023-cü ildə Azərbaycan üçün rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanmasına başlanılıb və strategiya üzərində iş tam şəkildə yekunlaşıb:

"Biz 2030-cu ilə qədər həyata keçiriləcək 51 böyük təşəbbüsü müəyyən etmişik. Bu təşəbbüslər insan potensialının artırılması, infrastrukturun modernləşdirilməsi və biznesin rəqəmsallaşdırılması məqsədilə 'Sənaye 4.0' konsepsiyası çərçivəsində həyata keçiriləcək".

O əlavə edib ki, ölkənin rəqəmsal əkiz layihəsinin yaradılması da planlaşdırılır ki, bu da iqtisadiyyatda baş verənləri və hansı dəyərlərin yaradıldığını daha yaxşı anlamağa kömək edəcək.

Chosen
183
2
fins.az

10Sources