Azərbaycanda 68 yaşlı kişinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Şəkinin Qudula kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1956-cı il təvəllüdlü Cumayev Nəşad Nizaməddin oğlu qoz ağacından yıxılıb.
O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun