EN

İşə qəbul ərizəsi də elektron olacaq?

Satışına START verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçməTəcrübədə rast gəlinən suallardan biri də işə qəbul zamanı ərizənin elektron formada tərtibi ilə bağlıdır. İşçinin işə qəbul zamanı ərizə yazması mütləq tələb deyil, mümkündür ki, işəgötürən işçini işə qəbul edərkən nəinki ondan ərizə almasın, hətta işə qəbul əmri də tərtib etməsin. Prosesin elektronlaşdırılmasına gəlincə isə, şəxsin ƏMAS altsistemi üzrə müraciət etməsi üçün “İşçi” statusu alması mütləq tələbdir. Çünki şəxs “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsindən istifadə etdikdə müraciət etdiyi işəgötürənin adı avtomatik qeyd edilir. İşə qəbul zamanı isə şəxs hələ elektron formada əmək müqaviləsi bağlamadığı üçün onun işəgötürənə ərizə göndərməsi texniki baxımdan mümkün olmur. Bu səbəbdən də bəzi işəgötürənlərin vətəndaşdan elektron formada ərizə tələb etməsi doğru olmamaqla yanaşı, həmin sənədin ƏMAS altsistemi üzərindən təqdim edilməsi də qeyri-mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
mks.az

1Sources