EN

ABŞ və Çin rəsmiləri 2 il sonra ilk dəfə görüşdü

ABŞ və Çin hərbi rəsmiləri iki ölkə arasında hərbi əlaqəni bərpa etmək üçün son 2 ildə ilk görüşünü keçirib.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Hind-Sakit Okean Komandiri Samuel Paparo Çin Xalq Azadlıq Ordusunun (PLA) Cənub Cəbhəsinin komandanı Vu Yanan ilə videokonfrans vasitəsilə görüşüb. 

Çin Müdafiə Nazirliyindən verilən açıqlamada, danışıqları təsdiqləyib və tərəflərin ümumi maraq doğuran məsələlərlə bağlı dərin fikir mübadiləsi apardıqları bildirilib.

Qeyd edək ki, Pekində ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə Çin prezidenti Si Cinpinin hərbi müşaviri arasında keçirilən görüşdə iki ölkə arasında hərbi danışıqlara başlamaq qərara alınıb.

Fidan Nuriyeva

Chosen
151
50
unikal.az

10Sources