Madrid amnistrasiyası "Lime", "Dott" və "Tier" elektron skuterlərin icarəsi şirkətlərinin lisenziyalarının ləğv edildiyini elan edib. Bunun nəticəsində elektron skuterlərin icarəsi İspaniya paytaxtının küçələrindən mümkün olmayacaq.
Publika.az CNN-ə istinadla xəbər verir ki, bu barədə şhərin meri Xose Luis Martinez-Almeyda məlumat verib.
O bildirib ki, hər üç şirkət 2023-cü ilin mayında verilmiş icazələrində göstərilən şərtlərə əməl etməyib.
Şura şirkətlərin lazımi məlumatları təqdim etməməsi və ya saytlarına girişi təmin etməməklə onların fəaliyyətlərini nəzərdən keçirmək səylərini əngəllədiyini söyləyib.
"Bu pozuntulara şəhər boyu xidmətin olmaması, sığortanın olmaması və nəqliyyat vasitələrinin idarə edilməsinə və ya qadağan olunmuş ərazilərdə dayanmasına mane olan texnologiyanın olmaması daxildir", - sözügedən idarədən bildirilib.