EN

Vüqar Bayramov: "Hərbi qulluqçuların ipoteka kreditlərinin bir hissəsini dövlət ödəyəcək"

Azərbaycan Prezidenti "Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərilməsi" qaydalarını təsdiqləyib.

QHT.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2024–2025-ci tədris ilindən başlayaraq, xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra 5 il həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların götürdüyü ipoteka kreditlərinin bir hissəsini dövlət ödəyəcək: "İlkin ödəniş üçün dəstək ipoteka məbləğinin 15%-dən çox olmamaq şərti ilə, annuitet ödənişləri isə 50% həcmində təmin ediləcək. Maliyyə dəstəyi üçün müraciətlər "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə həyata keçiriləcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
4
qht.az

10Sources