EN

ADY Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edir » AzadMedia.az


ADY payız-qış mövsümünə keçidlə əlaqədar Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edir.
Belə ki, 16 sentyabr 2024-cü il tarixindən etibarən qatar Ağstafadan Bakıya saat 16:40-da (əvvəl 18:20-də) yola düşəcək. Qatar Bakı Dəmiryol Vağzalına saat 21:47-də çatacaq (əvvəl 23:27-də).
ADY-dan Azadmedia az-a verilən məlumata görə hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, qurumun saytından (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
47
azadmedia.az

10Sources