EN

Pirallahıda yüksək bal toplayan məzunlarla görüş keçirilib - FOTOLAR

 

Pirallahı rayonunda yüksək nəticələr əldə etmiş məzunlarla görüş keçirildi - FOTOLAR

Pirallahı rayonunda yüksək nəticələr əldə etmiş məzunlarla görüş keçirildi - FOTOLAR

18:27 11-09-2024 CƏMİYYƏT

 

Bu gün Gənclər Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-2024-cü tədris ilinin yekunlarının müzakirəsi və respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək nəticələr əldə etmiş məzunlarla görüş keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və şöbənin əməkdaşı Mirtural Mirsultanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun aparıcı məsləhətçisi, Xəzər və Pirallahı rayonları üzrə kurator Əfqan İskəndərov, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin kollektivləri, 2023-2024-cü tədris ilində yüksək nəticələr göstərmiş məzunlar və onların valideynləri iştirak etdilər.

 

Tədbirdən öncə qonaqlar və məzunlar Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək, qarşısına gül dəstələri düzdülər. 

 

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, mövzu ilə əlaqəli video-çarx nümayiş etdirilmişdir.

 

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Arzu Əliyevaya çıxış edərək 2023-2024-cü tədris ilinin yekunlarına dair hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, 2023-2024-cü tədris ilində Pirallahı rayon ümumtəhsil məktəblərindən məzun olan 168 şagirddən 77 nəfəri (66%) tələbə adını qazanıb.Tələbə adını qazanan məzunlardan 8 nəfəri 500-dən yüksək bal toplayaraq Respublikamızın müxtəlif ali təhsil ocaqlarına qəbul olublar.

 

Daha sonra Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elmin İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Əfqan İskəndərov, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov tələbə adını qazanan məzunları təbrik edərək, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıblar. Natiqlər bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühitin formalaşdığını, məktəblilərin milli ruhda yetişdiklərini qeyd ediblər və bu nailiyyətlərin dövlətin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayıblar.Təhsil və təlim -tərbiyə sahəsində görülən işlərdən danışarkən vurğulanıb ki, Pirallahı rayonu respublikada sayılıb seçilən nümunəvi rayonlar arasındadır.

 

Rayon üzrə ən yüksək nəticə əldə edərək, tələbə adını qazanmış 186 nömrəli tam orta məktəbin məzunu Əminə Əskərova, bu il fəaliyyətə başlayan Qarabağ Universitetinə daxil olan Y.Əliyev adına 235 nömrəli məktəbin məzunu Elnur Cabbarlı gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və müəllimlərinə hədsiz minnətdarlıq hissini çatdıraraq, gələcəkdə savadlı və vicdanlı mütəxəssis olaraq vətənimizin inkişafı naminə əlindən gələni əsirgəməyəcəyinə söz verdilər. Qazandıqları bu uğurları dövlətimizin inkişafı və çiçəklənməsi naminə sərf edəcəklərinə əminliklərini bildirdilər.

 

Pirallahı rayonu üzrə ən yüksək nəticələrdən birinin sahibi olan İsmayılzadə Rafiqin anası Natəvan İsmayılova valideynlər adından çıxış edərək məzunların üzərində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi. Tələbə adını qazanmış bütün gənclər bundan sonrakı fəaliyyətlərində, təhsil aldıqları ali təhsil ocaqlarında həmişə Azərbaycan Respublikasının adını daim yüksəkdə tutacaqlarına əminliyini ifadə etmişdir.

 

Sonda Pirallahı Rayon İcra Haikimiyyətinin başçısı Vasif İmanov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib. Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük diqqət və qayğı ilə əhatələnib. Məhz bunun bariz nəticəsidir ki, rayonumuzda təhsil göstəriciləri ildən ilə artan temp üzrə inkişaf edir. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili mühüm əhəmiyyətə malikdir.Qürurverici haldır ki, bu ilki məzunlar arasında rayonumuzdan 3 nəfər Dövlət Sərhəd Xidmət Xidmətinin Akademiyasına, 1 nəfəri isə Polis Akademiyasına qəbul olunmuşdur. Vasif İmanov xüsusilə qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsi Azərbaycan təhsil sisteminə yeni bir canlanma gətirib. Çox sevindirici və qürurlu haldır ki, bu il Qarabağ Universitetinə qəbul olan məzunlar arasındabizim rayonun da təmsilçisi var.

 

Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlar və rayonun ictimai həyatında fərqlənən bir qrup müəllim Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyə və Fəxri Fərmanlarla təltif olundular.

 

Tədbir xoş əhval-ruhiyyədə xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Chosen
150
4
modern.az

10Sources