EN

Ərkivanda tələbələrlə görüş keçirildi – VİDEO/FOTOLAR

Masallı rayonunun Ərkivan qəsəbəsində ali təhsil müəssisələrinə qəbul olunan tələbələrlə görüş keçirilib.“Ərkivan Xeyriyyə Cəmiyyəti”, Ərkivan Bələdiyyəsi və Ərazi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr, müəllimlər və qəsəbə ziyalıları iştirak ediblər.Tədbir iştirakçıları Ərkivan Şəhidlər Parkında ucaldılan abidə kompleksinin qarşısına gül dəstələri düzüb, şəhidlərin xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan “Ərkivan Xeyriyyə Cəmiyyət”-nin sədri Cəfər Cəfərov bildirib ki, Ərkivan qəsəbəsində də hər zaman təhsilə önəm verilib. Bunun bariz nümunəsidir ki, bu il qəsəbə məzunlarından 63 nəfəri ali təhsil müəssisələrinə qəbul olublar. Çıxış edənlər tələbə adını qazanan gəncləri, onların valideynlərini və müəllimlərin təbrik edib, gənclərə uğurlar arzulayıblar.Ali məktəblərə qəbul imtahanlarında 639 bal toplayan İsmayıl Mikayılov və 635 bal toplayan Elza Əliyeva çıxış edərək müasir təhsilin nailiyyətlərinə görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirərək, dövlətimizin yüksək diqqət və qayğısına mükəmməl təhsillə, yüksək vətəndaşlıq mövqeyilə cavab verəcəklərini diqqətə çatdırıblar.Sonda Ərkivan Xeyriyyə Cəmiyyəti adından ali məktəblərə yüksək balla qəbul olan tələbələrə qiymətli hədiyyələr təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
asiya.az

1Sources