EN

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 806 milyon manatı üstələyib

Cari ilin yanvar-avqust aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 806 milyon 388 min 700 manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Ticarət şəbəkəsində 413 milyon 677 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 392 milyon 711 min 300 manatlıq qeyri-qida məhsulları satılıb.

Chosen
163
4
yeniazerbaycan.com

10Sources