EN

"Sabah"ın Çempionlar Liqasındakı oyununun başlama vaxtı dəqiqləşib

"Sabah"ın FIBA Çempionlar Liqasında matçının başlama vaxtı açıqlanıb. 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində "Nörçöppinq Dolfins"lə qarşılaşacaq. 

İsveç təmsilçisinə qarşı keçiriləcək oyun Türkiyənin Antalya şəhərində baş tutacaq.

Qarşılaşma sentyarın 17-də keçiriləcək və oyuna Bakı vaxtı ilə 17:30-da start veriləcək.

Əlavə edək ki, "Sabah"ın matçları "İctimai TV" vasitəsilə canlı yayımlanacaq.

saytlarin hazirlanmasi

Chosen
45
4
sportal.az

6Sources