EN

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - Yenilənib

Laçın

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundan Laçın şəhərinə yola salınıb.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Laçına səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.

Reyting.az
xəbər verir ki, onlar yeni mənzillərlə təmin olunublar.
Chosen
139
49
reyting.az

10Sources