EN

"Azərbaycanda devalvasiya olacaq" - Dolların məzənnəsi ilə bağlı MÜHÜM XƏBƏR

10 sentyabr tarixində Mərkəzi Bankda (AMB) növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 90,74 milyon dollar təşkil edib. Bundan əvvəlki – 5 sentyabr tarixində keçirilən sonuncu hərracla müqayisədə valyutaya tələb 25,74 milyon dollar çox olub. Belə ki, 5 sentyabr tarixində keçirilən hərracda 65 milyon dollar həcmində valyuta satılıb. 

Onu da bildirək ki, bu gün valyutaya olan tələb 27 iyun tarixindən sonra ən yüksək səviyyəyə çatıb. Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 65 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 4 milyard 941,14 milyon dollar satılıb.

Maraqlıdır, dollara tələbin artmasının səbəbi nədir? Dollara təlib artması fonunda dolların məzənnəsi dəyişə bilərmi?

Sabahinfo.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin Vl çağırış deputatı Vüqar Bayramov bildirib ki, hazırda dollara tələbin artması mövsümü faktorlara əlaqəlidir:

“Nəzər alsaq ki, idxalda artımlar müşahidə olunur və idxaldakı artımlar dollara tələb yaradır. Eyni zamanda neftin dünya bazar dəyəri də aşağı olduğuna görə, bu valyuta bazarına müəyyən psixoloji təsirlər göstərir. Düzdür, hələki neftin dünya bazar qiyməti o qədər də ucuzlaşmayıb, amma son dövrlər, xüsusən də son həftələr neftin dünya bazar qiymətində azalmalar müşahidə edirik. Azərbaycan üzən valyuta rejiminə keçmədiyi üçün manatın məznnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Deputat qeyd edib ki, Mərkəzi Bank öz pul siyasətində, eləcə də strategiyasında məhz məzənnə ilə bağlı öz mövqeyini bildirmişdi. Onun sözlərinə görə, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 65 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 4 milyard 941,14 milyon dollar satılıb: “Hazırda Mərkəzi Bank valyuta bazarındaki tarazlığı qoruyub saxlamağa çalışır. Çünki Mərkəzi Bankın intervensiya imkanları var. Amma sözsüz ki, növbəti dövrlərdə manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən asılı olacaq. Bu isə Mərkəzi Bankıb məhz qərarlarından asılı olaraq manatın məzənnəsinin müəyyənləşdirilməsi anlamına gəlir”.

Vüqar Bayramov əlavə edib ki, növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişəcəyi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma təbii ki, iqtisadi faktorlara baxsaq, Azərbaycan üzən məzənnə rejiminə keçməsə belə, yenə də ölkəyə daxil olan valyutanın həcmi, idxalın həcmi və xüsusən də neftin dünya bazar qiyməti manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar olaraq qalmaqdadır.

Bu barədə saytla fikirlərini bölüşən iqtisadçı Xalid Kərimli isə qeyd edir ki, hazırda tələb olunan 90 milyon tələbat əslində fantastik bir rəqəm deyil:

“Zatən sentyabr ayı aktiv bir aydır. Hazırki tələbat elə böyük rəqəmlər deyir. Amma son həftələr dollara artım ciddi şəkildə müşahidə olunur. İlin əvvəlində də bu proses müşahidə olunurdu. Neftin qiymətləri son bir həftə ərzində düşüb, amma görünür bu hökumət üçün komfortlu zonadadır. İndiki vəziyyət hökuməti yaxın bir neçə ay ərzində devalvasiyaya getməyə vadar edə bilməz. Amma ehtimal ola bilər ki, devalvasiya olsun və hətta bu olacaq. Amma əsas sual budur ki, devalvasiya nə zaman olacaq? Bu bir il sonra da ola bilər, 6 ay sonra da, 3 il sonra da”. 

İqtisadçı qeyd edib ki, bütün bu məsələlər ölkənin tədiyə balansının vəziyyətindən asılı olacaq. Hazırda göstərilən və tələb olunan rəqəmlər elə də böyük göstərici deyil. Düşünmürəm ki, hökümət yaxın zamanda devalvasiyaya getsin. 


Chosen
19
7
sabahinfo.az

8Sources