EN

AVRO-2026: Azərbaycanın futzal millisinin oyunlarının tarixi açıqlanıb

AVRO-2026-nın əsas mərhələsində mübarizə aparacaq Azərbaycanın futzal millisinin oyunlarının tarixi bəlli olub.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, yığma mübarizəyə dekabrda doğma meydanda start verəcək.

Komanda dekabrın 17-də İsveçi qəbul edəcək. Yanvarın 31-də Xorvatiyanın qonağı olacaq milli fevralın 4-də Bakıda Yunanıstanı sınağa çəkəcək. Martın 11-də səfərdə Yunanıstan, aprelin 11-də İsveçlə görüşlər baş tutacaq. Sonuncu qarşılaşma isə aprelin 15-də evdə Xorvatiyaya qarşı olacaq.

Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək. Qalib gələn 4 milli final mərhələsində oynamaq hüququ qazanacaq. Final mərhələsi 2026-ci ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.

Chosen
3
7
ikisahil.az

8Sources