"Formula 1" yarışı ilə əlaqədar Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılıb.
Bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.
Bildirilib ki, yarışların keçiriləcəyi yolun istiqaməti Bakı bulvarının sözügedən hissəsinə paralel olduğu və "Formula 1"-in əyləncə zonasının həmin hissədə hazırlandığı üçün hər il yarış ərəfəsində bulvarın bu istiqamətində məhdudiyyət tətbiq edilir.
Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış isə sərbəstdir.
Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-Prisi sentyabrın 13-dən 15-dək keçiriləcək.