"Arsenal" rəhbərliyi komandanın baş məşqçisi Mikel Arteta ilə əməkdaşlığı davam etdirməyə qərar verib. Matc.az xəbər verir ki, tərəflər yeni 3 illik müqavilənin imzalanması ilə bağlı razılığa gəliblər. Adı “Real” və “Barselona” ilə birgə hallanan Artetanın əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı. Qeyd edək ki, Arteta 2019-cu ilin dekabrından "Arsenal"ın “sükanı arxası”ndadır.