EN

İsrailin Suriyada xüsusi əməliyyatı: İran əsgərləri qaçırılıb  

Suriyada kimyəvi silahlar hazırlayan və yüksək rütbəli iranlı zabitlərin iştirakı ilə tanınan tədqiqat mərkəzinə hücum edilib.

Musavat.com
 xarici mediaya istinadən xəbər verir ki, mərkəzə hava zərbələri endirdikdən sonra İsrail helikopterləri əraziyə daxil olub, paraşütçüləri yerə endirərək sürətli quru əməliyyatı həyata keçirib, bu zaman bir neçə iranlı zabit əsir götürülərək naməlum istiqamətə aparılıb.

İsrailin səsi teleqram kanalı yazır ki, bu insidentlə bağlı İran və Suriyanın ciddi məxfilik tədbirləri səbəbindən zabitlərin dəqiq sayı məlum deyil.

Həmçinin iddia edilir ki, İsrail guya avadanlıq və sənədləri ələ keçirib, sonra da minalayıb.

Chosen
71
musavat.com

1Sources