EN

NATO kəşfiyyat məlumatlarını Kiyevə ötürür -

Moskvanın şübhəsi yoxdur ki, Qərb çoxdan Rusiya ərazisində uzaqmənzilli silahlarla zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib. Metbuat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun fikrincə, indi Ukraynanın müttəfiqləri bu qərarı rəsmiləşdirməyə çalışırlar.Xarici işlər naziri bildirib ki, bundan əlavə NATO Ukraynaya hərbi kosmik kəşfiyyat məlumatlarını ötürür.

Qeyd edək ki, Rusiyaya Qərb istehsalı olan uzaqmənzilli raketlərlə zərbələr mövzusu dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin Kiyevə səfəri zamanı müzakirə olunub.

Chosen
62
metbuat.az

1Sources