EN

Mbappe Fransa millisinin məşqçilər korpusunu tənqid etdi

"Real Madrid"in hücumçusu Kilian Mbappe Fransa millisinin taktiki hazırlığını tənqid edib.

Qaynarinfo bu barədə Fransa mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, Mbappe paltardəyişmə otağında millidə taktiki hazırlığın olmamasından danışıb və komandanın baş məşqçisi Didye Deşamın heyətinin işini tənqid edib.

Qeyd edək ki, sentyabrda Fransa millisi Millətlər UEFA Liqası matçlarında İtaliyaya uduzub (1:3) və Belçikanı (2:0) məğlub edib.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
qaynarinfo.az

1Sources