EN

Ortaq Türk əlifbası mədəni-siyasi müstəqillik baxımından sürətləndirici amildir – Telman Nüsrətoğlu

Bakı, TurkicWorld

Türk dünyası ortaq əlifbası Türk dünyasının gələcək inteqrasiyası birliyi baxımından olduqca önəmlidir.

TurkicWorld xəbər verir ki, bu sözləri tarix elmləri doktoru Telman Nüsrətoğlu deyib.

Onun sözlərinə görə bu əlifba dil birliyinin formalaşması baxımından mühim bir addımdır.

“ Türk dünyasının “dildə,fikirdə, işdə birlik” şüarının keçirilməsi, dil birliyinin formalaşması baxımından mühim bir addımdır. Çünki türkcə əsrlər boyu bir ünsiyyət, təhsil, elm,ədəbiyyat dili olaraqda formalaşmıştır.Təsadüfi deyil ki, Tərcüman qəzeti çap olunduğu zaman onun Bakıda, Şəkidə, İstanbulda, Kazanda, Türküstanda oxuyucuları olubdur. Onlar o dili oxuyaraq hər Türk coğrafiyasında anlayıblar. Bu mənada bir impreyalist müstəmləka siyasəti Türk dünyasında işğaldan sonra həyata keçirilib”,- deyə Nüsrətoğlu vurğulayıb.

O, əlifbanın yaradılmasının həm də Türk dövlətləri təşkilatının güc mərkəzi kimi formaşlaşmasını gücləndirəcəyini deyib.

“Bu gün bu ortaq əlifbanın qəbul edilməsi Türk dövlətləri təşkilatının gələcək dünya nizamında bir güc mərkəzi kimi formalaşmasının mədəni ,tarixi və mənəvi təməllərini formalaşdıran bir hadisədir.Bundan sonra artıq məktəblərdə,fərqli türk coğrafiyalarında eyni əlifbadan istifadə edilməsi aralarındaki anlaşmanın və ünsiyyətin daha da asanlaşmasına gətirib çıxarır.”,- deyə Nüsrətoğlu bildirib.

Qeyd edək ki, dünən Türk Akademiyası Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının yaradılması ilə bağlı razılığa gəlib.

Chosen
111
turkic.world

1Sources