Türkiyənin məşhur müğənnisi Hülya Avşarın aparıcılıq etdiyi verilişdə qonağa şəxsi həyatı ilə bağlı qeyri-etik sual verməsi narazılıq doğurub.
Milli.Az haberler-ə istinadla bildirir ki, məşhur müğənni fenomen Merve Taşkını qonaq çağıraraq ona bəkarəti ilə bağlı sual verib.
"Qızlığını sata bilmədin?" deyə sual verən Hülya Avşar ilə Merve Taşkın arasında qeyri-etik söhbət davam edib. Onlar bir neçə dəqiqə ərzində bakirəlik mövzusunu müzakirə ediblər.
Qeyd edək ki, Merve Taşkın sosial şəbəkədə açıq-saçıq paylaşımları ilə ad çıxarmış fenomenlərdəndir.
Murtuz
Milli.Az