Kanadalıları şoka salan sənət oğurluğunun üstü açılıb.
Belə ki, Uinston Çörçillin Ottavada oteldən oğurlanan məşhur portreti İtaliyada tapılıb və oğru saxlanılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Guardian” polisə istinadən yazır.
Böyük Britaniyanın mərhum baş nazirinin “Kükrəyən aslan” adlı fotosu erməni əsilli kanadalı fotoqraf Yusuf Karş tərəfindən Ottavadakı “Fairmont Chateau Laurier” otelinə hədiyyə edilib.
Foto Çörçilin 1941-ci ildə Kanada parlamentindəki çıxışından sonra Karş tərəfindən çəkilib və İkinci Dünya müharibəsi zamanı Britaniyanın itaətsizlik simvoluna çevrilib.
2022-ci ilin avqustunda otel işçiləri əsas foyenin kənarındakı oxu zalında asılmış fotonun saxta ilə əvəz olunduğunu görüblər. İki il sonra Ottava polisi oğurlanmış portreti tapmaq üçün ictimaiyyətin məsləhətlərindən və məhkəmə tibbi ekspertizasından istifadə etdiklərini söyləyib.
“Portret Londonda hərrac evi vasitəsilə italiyalı alıcıya satılıb, hər iki şəxs rəsmin oğurlanmasından xəbərsiz olublar”, - deyə polisin açıqlamasında bildirilir.