İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 41 mini keçib.
Newscenter.az Fələstin Hökumətinin Səhiyyə Nzirliyinə istinadən bildirir ki, İsrailin 342 gündür hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 41 min 118-ə yüksəlib. Bu müddət ərzində yaralıların sayı isə 95 min 125 nəfər olub.
İsrail ordusunun təkcə son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi qırğınlar nəticəsində 34 fələsti həyatını itirrib, 96 fələstinlinin isə yaralanıb.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Mehman Mehdiyev