EN

Ancelina Coli buna görə qapalı geyinir

Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli çox arıq olduğu üçün daim tənqidlərlə üzləşdiyi üçün qapalı geyinir. 

OLAY yazır ki, cütlüyə yaxın mənbə “In Touch Weekly” nəşrinə açıqlamasında bildirib ki, 49 yaşlı aktrisa tənqidlərə həddindən artıq reaksiya verir

“Ancelina bədəninə olan sonsuz diqqətdən yorulub və buna görə də isti günlərdə belə bədən quruluşunu gizlətmək məcburiyyətində qalıb (məsələn - Venesiya Film Festivalının qırmızı xalı mərasiminə Coli kürk geyinmişdi). 

İddialara görə Colinin səhhətində ciddi problem var. Lakin bu da dedi-qodudan başqa bir şey deyil.

Mənbə bildirilib ki, aktrisanın boyu 169 santimetr, çəkisi isə 44 kiloqramdan çox deyil. Coli uşaqlıqdan arıq olduğunu və bundan kifayət qədər razıdır:

“O, heç də pis qidalanmır və onun təhlükəli dərəcədə az çəki və ya bir növ qidalanma pozğunluğu ilə bağlı onilliklər boyu yayılan şayiələr həqiqətə uyğun deyil”.

Qeyd edək ki, bir müddət əvvəl Coli baş rolda oynadığı Venesiya Film Festivalında “Mariya” filmini təqdim etmişdi. Onun qalmaqal yaşadığı keçmiş əri Bred Pitt də eyni festivalda idi, lakin təşkilatçılar cədvəli üst-üstə düşməyəcək şəkildə dəyişdilər. Keçmiş “ər-arvad” hələ də hüquqi mübahisələrini başa çatdırmayıblar və övladları (onlardan üçü övladlığa götürülüb: 22 yaşlı Maddoks, 20 yaşlı Paks və 19 yaşlı Zahara, üçü isə biolojidir: 18 yaşlı- Şilo və 15 yaşlı əkizlər Noks və Vivyen) bir-birinin ardınca atalarının soyadından imtina ediblər. 

Chosen
72
2
olay.az

3Sources