Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş tətbiq etdiyi yeni qadağa ilə futbolçuları qayğılandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verr ki, AFFA ilə 4 illik müqavilə bağlamış portuqaliyalı mütəxəssis oyunçuların təlim-məşq toplanışları zamanı otel otaqlarında iki-iki qalmasına icazə verməyib.
69 yaşlı çalışdırıcının tapşırığına əsasən, bundan belə komanda üzvlərinin hər biri otaqda tək yerləşəcək.
O, futbolçuların gecə saatlarında otaqda bir yerə yığışıb söhbət etməsini də yasaqlayıb.
Santuşun fikrincə, belə hallar oyunlara köklənməyə mane olur, onların fikirlərini dağıdır.
Vaxtilə Portuqaliya, Yunanıstan və Polşa yığmalarını da çalışdırmış baş məşqçi xəbərdarlıq edib ki, bu yeniliklərə riayət etməyənləri elə həmin gün düşərgədən uzaqlaşdıracaq və bir daha dəvət göndərməyəcək.