Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kapitanı olan Fərid Mehbalı 1994-cü il yanvarın 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2020-ci ilin Vətən müharibəsinin də iştirakçısı olan Fərid Mehbalı 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, Fərid Mehbalı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!