EN

AFFA-ya Elxan Məmmədovdan da pis idarəçilər gəlib - VİDEO

“Futbol hər yerdə inkişaf edir, biz yerimizdə sayırıq”.

Bu fikirlər ATV kanalında yayımlanan «Futbolumuz» verlişində səsləndirilib.

Aparıcı Ceyhun Rzayev və ekspert Emin Abbasov əsas və aşağı yaş qrupları üzrə millilərin son bir neçə gündə aldığı məğlubiyyətlərdən danışıb.

Bildirilib ki, yığmaların hamısında vəziyyət oxşardır – beynəlxalq arenadakı uğursuzluqlar bir-birini əvəz edir.

Rzayev bu halın dözülməz hal aldığını söyləyib, qeyd edib ki, ölkə insanı biabırçı nəticələrin sıralanmasını haqq etmir. Abbasov isə problemin AFFA-dan qaynaqlandığını vurğulayıb.

Tanınmış teleşərhçi bildirib ki, federasiya uzun illər Elxan Məmmədov tərəfindən idarə olunurdu, indi isə onun yerini başqaları tutub, fəqət, inkişaf naminə heç bir addımlar atılmır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
sportinfo.az

1Sources