EN

Zelenski və Cinpin görüşü baş tuta bilər

Ukrayna prezidenti Volodimir Zelenski və Çin sədri Si Cinpin oktyabr ayında görüşə bilərlər.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri müavini Aleksandr Çalı "Reuters" agentliyinə bildirib.

 

Onun sözlərinə görə, Kiyev və Pekin arasında diplomatik münasibətlər yaxşılaşıb və bu, belə bir görüşü mümkün edir.

 

Bir gün əvvəl Zelenski Ukraynada müharibəyə son qoymaq üçün Braziliya və Çinin sülh planını tənqid edib və “dağıdıcı” adlandırıb.

 

Qeyd edək ki, oktyabrda Çin sədrinin BRICS sammiti çərçivəsində Tatarıstana səfəri və burada Rusiya prezidenti Vladimir Putinlə təmasları da gözlənilir.

Chosen
53
modern.az

1Sources