Ötən il dünyada ölkələrin dövlət borcunun səviyyəsi qlobal ümumi daxili məhsulun (ÜDM)-in 93,2%-nə çatıb.
İqtisadiyyata.az-ın araşdırmasına görə, bu dövrdə xüsusilə iki ən böyük iqtisadiyyatın – Çin və ABŞ-nin borcu artıb.
1930-cu ildən bəri ABŞ-nin dövlət borcu nə qədər olub?
İllər | Borc |
1930 | 16 milyard dollar |
1940 | 43 milyard dollar |
1950 | 257 milyard dollar |
1960 | 286 milyard dollar |
1970 | 371 milyard dollar |
1980 | 908 milyard dollar |
1990 | 3,2 trilyon dollar |
2000 | 5,6 trilyon dollar |
2010 | 13,5 trilyon dollar |
2020 | 27,7 trilyon dollar |
2023 | 31,8 trilyon dollar |
2024 | 35,3 trilyon dollar |
Qeyd edək ki, ABŞ 327 milyon nəfərlə dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Eyni zamanda, ABŞ 27,9 trilyon dollarlıq ümumi daxili məhsulu (ÜDM) ilə dünyanın ən böyük iqtisadiyyatıdır.
Gözəl Həşimova