EN

Qarabağ Universitetində təhsil alacaq şəxslərin NƏZƏRİNƏ!

2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetində bütün ixtisaslar üçün dərs cədvəlləri hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb.

 

Sfera.az-a bu barədə universitetdən məlumat verilib.

 

Məlumatda bildirilib ki, dərslər 23 sentyabr tarixində başlayacaq:

 

"İlk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb və bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb.Tələbə əsaslı müasir modeldə universitet quruculuğunun tərkib hissəsi olaraq, Qarabağ Universitetində orientasiya (tanışlıq) günləri keçiriləcəkdir. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar.Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq "WhatsApp" qrupları üzərindən təqdim ediləcəkdir".

 

Firuzə Əliyeva

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
35
sfera.az

10Sources