EN

"Yaşayış binasındakı mənzili obyekt kimi icarəyə vermək təyinatdankənar istifadəyə görə qanunsuzdur"

Bu günlər maraqlı bir tendensiya yayılıb. Şəhərin mərkəz ərazilərində yeni tikilən binalarda yaşayış evləri müxtəlif obyekt fəaliyyəti üçün icarəyə verilir. Yəni yaşayış mənzillərində konkret olaraq, klinikalar, kurslar və s. fəaliyyət göstərir. Bu da nəticə etibarilə binada yaşayan sakinlərin narahatlığına və narazılığına səbəb olur. Heç kim istəməz ki, rahatlığını hansısa kursa, klinikaya və s. gələnlər pozsun. Məlum məsələdir ki, binalarda fəaliyyət göstərən müəssisələrə çox insan gəlir.

Bəs kim haqlıdır? Yaşayış binasında yaşayanlarmı, yoxsa yaşayış binasında aldığı mənzili obyekt kimi icarəyə verənlərmi?

Təsəvvür edin, uzun illər sonra mənzil sahibi olmuşunuz, amma rahatlığınız yoxdur, səs-küydən rahat yaşaya bilmirsiniz, əsəbləriniz pozulub… Bu halda nə edə bilərsiniz?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələlər qanuni şəkildə tənzimlənməlidir.

 

Elnur Elnur Azadov

“Bina yaşayış məqsədləri ilə sərəncam alıbsa, yaşayış təyinatı üzrə istifadə olunmalıdır. Yəni digər təyinatlar üzrə, məsələn burada hansısa bir kursların təşkili, digər xidmətlərin göstərilməsi, müxtəlif biznes, xırda istehsal və s. bunların hamısı qanuna ziddir. Və bu kimi obyektlər yaşayış təyinatlı binalarda olmamalıdır. Qanunla heç bir halda buna yol verilmir. Misal üçün hər hansı bir şəxs gəlir, mənzili kirayə götürür və sonradan başlayır həmin mənzildə ofis, klinika və stomatoloq kimi xidmətlər və s. xidmətlər göstərməyə. Bu, qanuna ziddir. Bunların icarə müqavilələri aidiyyatı üzrə olmalıdır. Qeydiyyat ünvanları olmalıdır. Rəsmi fəaliyyət növləri olanda, Vergilər Nazirliyindən qeydiyyatdan keçəndə həmin ünvanı da ordan göstərməlidirlər. Təbii ki, onların kassa aparatları olmalıdır. Yəni bunlar hamısı bir-birinə bağlı olan proseslərdir. Bu səbəbdən də, yaşayış sahəsində yaşayışdan başqa digər fəaliyyətlərə qanunla yol verilmir”-deyə ekspert Elnur Azadov bildirib.

Bizimyol.info

Chosen
27
hurriyyet.az

1Sources