EN

Ağdərədə səyyar müayinələr

BAYRAQDAR MEDİA – İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi (SN) tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.Xəbərdə deyilir ki, “növbəti belə tədbir sentyabrın 12-də keçirilib. Nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti tərəfindən Ağdərə rayonu Talış kəndində əhali üçün səyyar müayinələr təşkil olunub. Aksiya çərçivəsində Tibbi Bərpa İnstitutunun artroloq, nevroloq, fizioterapevt-reabilitoloq və tibb bacısından ibarət heyət əhaliyə tibbi baxış keçirib. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (Elektromioqrafiya) və EEQ (Elektroensefaloqrafiya) müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub”.Daha sonra xəbərdə, “orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 16-65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb.İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən medikamentoz terapiya ilə yanaşı, həm təbii, həm də süni fiziki faktorları fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik edən profilaktik tövsiyələr verilib. Aksiya zamanı 70-dən artıq vətəndaş müayinələrdən keçib” deyə bildirilir.Qeyd edək ki, SN tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Chosen
107
17
bayraqdar.info

10Sources