EN

Bakıda yeraltı keçidə su damır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Səbail rayonunda yerləşən yeraltı piyada keçidlərindən birində xoşagəlməz vəziyyət yaranıb.
Bununla bağlı "Qafqazinfo"ya həmin ərazidə yaşayan, adının açıqlanmasını istəməyən vətəndaşlardan biri müraciət edib.
O bildirib ki, Su İdman Sarayının qarşısında yerləşən keçidin tavanından artıq iki həftədən çoxdur ki, su damır.
Vətəndaş qeyd edib ki, əraziyə qablar qoyulsa da, su ətrafa yayılır. Keçidin sürüşkən olması isə insanların, xüsusilə uşaqların və yaşlıların keçiddə hərəkətinə təhlükə yaradır.
Məsələ ilə əlaqədar keçidlərə cavabdeh qurum olan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu göndərilsə də, qurum sorğunu cavabsız qoyub.
Suyun damması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən cavab belə oldu: "Su İdman Sarayının yanındakı keçidin tavanından suyun axmasının İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqəsi yoxdur. Adətən belə hallar ətraf ərazilərin normadan artıq sulanması nəticəsində baş verir. Ərazilərdə yaşıllıqların sulanması işləri Xidmətin fəaliyyət sferasına aid deyil".
Həmin görüntüləri təqdim edirik:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
oxu.az

1Sources