EN

Putin Hindistan baş nazirinin müşaviri ilə görüşdü

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Konstantinovski sarayında Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Kumar Doval ilə görüşüb.Metbuat.az xəbər verir ki, Prezident oktyabrın 22-də Kazanda Hindistanın baş naziri Narendra Modi ilə ikitərəfli görüşün keçirilməsini təklif edib.Rusiya tərəfdən görüşdə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iştirak edib.

Putin Hindistanın baş naziri ilə 2024-cü il iyulun 8-9-da keçirilmiş son danışıqların əhəmiyyətini qeyd edib. O, Rusiya Federasiyası ilə Hindistan arasında strateji tərəfdaşlığı və dialoqu davam etdirdiyinə görə Nyu Dehliyə təşəkkür edib.

Chosen
133
1
metbuat.az

1Sources