EN

Bu ilin 6 ayı ərzində 12 milyard dollarlıq əmtəə ixracı qeydə alınıb

Bu

Bakı, 12 sentyabr, AZƏRTAC

Bu ilin birinci yarısında əmtəə ixracı 18,5 faiz azalaraq 12,4 milyard dollar təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 10,8 milyard dollar olub. İxrac olunmuş neft-qaz məhsullarının (10,8 milyard dollar) 7,3 milyard dolları xam neftin, 3,2 milyard dolları təbii qazın, 0,3 milyard dolları isə neft emalı məhsullarının payına düşür. Cari ilin 6 ayı üzrə qeyri neft-qaz ixracı 9,8 faiz azalaraq 1,6 milyard dollar olub.

Altı ay üzrə əmtəə idxalı 0,8 faiz artaraq 7,7 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3,1 milyard dollar olub, bunun da 1 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri neft-qaz sektoru üzrə idxal 15,6 faiz artaraq 6,6 milyard dollar olub. Qeyri neft-qaz idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (3,6 dəfə), kərə yağının (52,7 faiz), yük avtomobillərinin (44 faiz), metalların (35,9 faiz), hesablama maşınların (24,1 faiz), kommutasiya qurğuların (22,8 faiz), qazanlar, avadanlıq, mexaniki qurğuların (22,3 faiz), tərəvəz məhsullarının (12,6 faiz), ətir və kosmetik vasitələrinin (10,2 faiz), bitki yağlarının (8 faiz), şəkərin (6 faiz), mebel məhsullarının (2,4 faiz), daş və şüşə məmulatlarının (2,3 faiz), alkoqollu və alkoqolsuz içkilərinin (1,8 faiz), minik avtomobillərinin (0,5 faiz) və sabun və yuyucu vasitələrinin (0,3 faiz) idxalı artıb. Bu dövrdə, uçuş aparatların (94 faiz), traktorların (31,2 faiz), dənli bitkilərin (25,2 faiz), əczaçılıq məhsullarının (23,1 faiz), elektrik maşınların və aparaturanın (12,7 faiz), ağac məmulatlarının (6,4 faiz), tütün məhsullarının (4,7 faiz) və kağız məmulatlarının (1,2 faiz) idxalı isə azalıb.

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3,5 faiz təşkil edərək 0,3 milyard dollar olub.

 

Chosen
71
3
azertag.az

4Sources