Krım tatarları da daxil olmaqla, ukraynalı siyasi məhbusların azadlığa buraxılması ilə bağlı Rusiya ilə danışıqlar çətindir.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Krım Platformasının dördüncü sammiti iştirakçılarının mətbuat konfransında deyib.
Zelenski Ukraynanın beynəlxalq tərəfdaşlarını Rusiyaya təzyiq göstərməyə çağırıb ki, əsirlərin mübadiləsi "hamının hamıya" düsturuna uyğun baş versin və təkcə hərbi əsirlər deyil, həm də siyasi məhbuslar azad edilsin: "Hərbi əsirlərin mübadiləsi var, çünki biz hərbi əsirləri hərbi əsirlərlə dəyişdirə bilərik".
Onun sözlərinə görə, bununla bağlı Ukrayna BƏƏ, Qətər, Türkiyə, Azərbaycan və müsəlman dünyasında böyük nümayəndəliyə və böyük nüfuza malik olan ölkələrlə işləyir.
Ağarza Elçinoğlu