EN

Polşa Aİ-ni ukraynalılara müavinət ödəməyi dayandırmağa çağırıb

Avropa İttifaqı  ölkələri Ukraynadan olan qaçqınlara müavinət ödəməyi dayandırmalıdır, çünki bu cür ödənişlər onların ölkəyə qayıtmasına maneələr yaradır.

"Yeni Azərbaycan" “Le Monde”yə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Aİ-nin himayəsində olan ukraynalı qaçqınlar ailədəki hər uşaq üçün ayda 200 avro alırlar. Qərbi Avropada onlar başqa ödənişlər də ala bilərlər. Bu, vətənini müdafiə etmək üçün vətənə qayıtmalı olan gənclər üçün maliyyə maneəsi yaradır. Avropa itaətsizliyə subsidiya verməməlidir”, - diplomat qeyd edib.

Sikorskinin sözlərinə görə, ABŞ Konqresinin Kiyevə yardım göstərməsini gecikdirməsi, eləcə də Ukraynada səfərbərlik haqqında qanun Ukrayna tərəfi üçün cəbhədəki vəziyyətə mənfi təsir göstərib. 

Havar Şəfiyeva

1Sources