Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:
"Bu da əlbəttə, Azərbaycan tərəfindən birmənalı qarşılanmır. Əgər Ermənistan tərəfi sülh məsələsində obyektivdirsə, özü öhdəsinə götürdüklərini yerinə yetirməlidir. İkincisi, beynəlxalq hüquqa görə olan öhdəliklərdir. Bunlar olmadıqda biz Ermənistanın səmimiyyətindən, sülhə yanaşmasının obyektivliyindən danışa bilmərik. Sadəcə indiki halda ermənilər prosesi uzatmağa, bu müddətdə yeni silahlar almağa, ordularını qüvvətləndirməyə, Azərbaycana qarşı yeni tərəfdaşlar taparaq beynəlxalq bir koalisiya yaratmağa çalışırlar. Bu da müəyyən bir yerdən sonra sülh danışıqlarının dalana dirənməsinə səbəb ola bilər. Bu, sülh prosesində gəlinən nöqtəyə xeyir vermir. Gələcəkdə onun daha da zərər görməsinə səbəb ola bilər. Yenə də hər şey Ermənistan tərəfinin sonrakı addımlarından, yanaşmalarından asılı olacaq. Əgər həqiqətən obyektivdirlərsə, o halda sülh barəsində öz ikibaşlı təzadlarından imtina edib, beynəlxalq hüquqla davranmağı seçməlidirlər".
Zeynəb Rzayeva