EN

Rodri üçün yeni müqavilə hazırlanır

“Mançester Siti” təkcə transferlər deyil, həm də, aparıcı oyunçularını saxlamaq üzərində işləyir.Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “şəhərlilər” hazırda yarımmüdafiəçi Rodri üçün yeni sözləşmə hazırlayır. Müqaviləsinin uzadılmasından sonra onun maaşı ildə 23,5 milyon avro təşkil edə bilər.İspaniyalı yarımmüdafiəçi təkcə maliyyə ilə maraqlanmır – o, ətrafındakı komanda və baş məşqçi Pep Qvardiolanın gələcəyi də daxil olmaqla, digər amilləri də qiymətləndirir.28 yaşlı futbolçu 2024-cü ildə “qızıl top”u qazanmaq üçün əsas favoritlər sırasındadır. Onun klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
komanda.az

1Sources